BaşlıcaSiyasət

Silahlı Qüvvələrdə genişmiqyaslı hərbi təlimlər keçirilir

Ermənistan Respublikasının Silahlı Qüvvələrinin “Bağramyan” poliqonunda Müdafiə Nazirliyinin təşəbbüsü ilə kütləvi informasiya vasitələrinin nümayəndələri raket komplekslərinin atəşinin nümayişini izləyiblər. Bu günlərdə ER Silahlı Qüvvələrinin raket və artilleriya bölmələri hərbi təlimlər keçirir, təlimlərə qumbaraatanlardan tutmuş “Smerç” yaylım atəşli reaktiv sistemlərinə qədər ciddi qüvvə və vasitələr cəlb olunub.

Ermənistan Respublikasının Silahlı Qüvvələrin bölmələri hücum-müdafiə tədbirləri həyata keçirir. ER Silahlı Qüvvələrinin Raket və Artilleriya Qoşunlarının Baş Qərargah rəisi, polkovnik Ruben Qasparyan.

“Təlimlərin əsas məqsədi artilleriya bölmələrinin döyüşə hazırlıq səviyyəsinin yoxlanılmasıdır”.

Belə irimiqyaslı hərbi təlimlər ildə üç dəfə keçirilir.

Ermənista Silahlı Qüvvələrinin digər nümayəndəsi qeyd edti, 44 günlük müharibə zamanı əldə edilmiş təcrübənin öyrənilməsinə xüsusi diqqət yetirilir

“Smerç” düşmənin canlı qüvvəsinə, texnikasına, park edilmiş təyyarələrinə, helikopterlərinə, komanda məntəqələrinə, rabitə qovşaqlarına və digər bu kimi hədəflərə hücum etmək üçün nəzərdə tutulub.

Daha çox göstər
Back to top button