
Hərbçilərin səhra hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə mayın 31-də hava hücumundan müdafiənin N saylı hərbi hissəsində taktiki hərbi təlim keçirilib.
Müdafiə nazirliyindən jurnalistə verilən məlumata görə, komandirlər şərti döyüş məsələlərini dəqiqləşdirib, bölmələrə müvafiq tapşırıqlar veriblər.
Ekipaj hava hücumundan müdafiə vasitələrini buraxıb və göstərişlərə uyğun olaraq qarşıya qoyulan tapşırıqları yerinə yetiribdir.







