Artsaxda infrastrukturlar inkişaf etdirilir – VİDEO

Artıq 6 aydır Askeran rayonunun Krasni kəndindən gündə 3 dəfə Stepanakertə və əks istiqamətə ictimai nəqliyyat işləyir. Avtobusdan təkcə kənd sakinləri deyil, paytaxtdan gələn müəllimlər də istifadə edir.
Müharibədən sonra Artsaxda nəqliyyat şəbəkəsi genişlənir. Bu müddətdə 9 yeni marşrut xətti istifadəyə verilib. Hökumət yeni subsidiya proqramlarına başlayıb. Eyni zamanda, Artsaxda yol tikintisi sürətlə davam edir. Martakert-Stepanakert yeni yolunun tikintisi davam etməkdədir. Bu yeni və daha qısa yol ilin sonuna kimi istifadəyə veriləcək. Yeni yol “Hayastan” ümumerməni fondunun dəstəyi ilə tikilir. Bu yol yaxınlıqdakı kəndlərin həyatını aktivləşdirəcək və Martakert-Stepanakert yolunu 25 km qısaldacaq.
Artsaxda enerji infrastrukturunun inkişafı da gündəmdədir. İlin əvvəlində Azərbaycan tərəfindən qaz kəmərinə qarşı törədilən təxribatlar əlavə problemlər yaratdı və bu il elektrik şəbəkəsinin yenilənməsi üçün əhəmiyyətli investisiyaların yatırılması nəzərdə tutulur.
Qazla təchiz olunmayan kəndlərdə isə dövlət dəstəyi ilə günəş enerjisi ilə işləyən su qızdırıcıları quraşdırılır, binalar fotovoltaik stansiyalarla təmin edilir.







