İyulun 1-dən mənzillərin və avtomobillərin alqı-satqısı nağd pulla artıq mümkün olmayacaq

Nağd pulla alqı-satqının azadılması hökumətin islahatlarının əsas istiqamətlərindən biridir. “Armenpress”in məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 2-də hökumətin növbəti iclasında bildirib.
“Xatırlatmaq istəyirəm ki, məqsədimiz odur ki, 2022-ci il iyulun 1-dən nağd pulla mənzil və ya avtomobil almaq və satmaq mümkün olmasın. Bütün əməliyyatlar nağdsız olmalıdır. Əlbəttə, biz bütün bunları alt qanunvericilik aktları ilə təmin etməliyik” – deyə Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, elə bir tənzimləmə tətbiq ediləcək ki, istənilən halda nağd ödənişlərlə əməliyyat baş verərsə, nağdsız köçürmə qeydə alınmazsa, bu, gələcəkdə əməliyyatın ləğvi üçün əsas ola bilər. “Beləliklə, ehtiyatlı olun. Xahiş edirəm, heç kim düşünməsin ki, biz insanların həyatını çətinləşdirmək istəyirik. Əksinə, biz insanların həyatını sadələşdirmək istəyirik və bununla da fiskal effektdən başlayaraq, antikorrupsiya effektinə qədər effektlər təsirlər əldə edəcəyik. Beləliklə, bununla bağlı bütün alt qanunvericilik aktları bizim məqsədlərimizə çatmaq üçün çox tez işlənməlidir” – deyə Paşinyan yekunlaşdırıb.







