
Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüşlə bağlı danışıqlar gedir, dəqiq tarixlər hələlik dəqiqləşdirilməyib.
Alınan məlumata görə, bu haqda ER parlamentinin Xarici əlaqələr üzrə daimi komitəsinin sədri Eduard Ağacanyan mətbuat konfransında yaxın vaxtlarda Xarici işlər nazirləri və dövlət başçılarının görüşünün gözlənilməməsi ilə bağlı sualı cavablandırarkən qeyd edib.
“Son vaxtlar diplomatik sektorda, o cümlədən parlamentdə , parlament diplomatiyası kontekstində kifayət qədər aktiv fəaliyyət aparılır.
Və müxtəlif formatlarda görüşlər kifayət qədər tez-tez olur. Və bildiyimə görə, danışıqlar da gedir ki, ondan sonra nə vaxtsa ölkələrin liderləri arasında görüş olmalıdır” – deyərək Ağacanyan bildirib.







