BaşlıcaSiyasət

Ermənistan və Azərbaycanla təmasların təşkili planları haqqında

Moskva avqustun sonuna kimi Ermənistan-Azərbaycan nizamlanmasına dair müxtəlif mövzular üzrə yüksək səviyyəli üçtərəfli təmaslar təşkil etməyi planlaşdırır.

Alınan məlumata görə, bu haqda Rusiya Xarici işlər nazirliyinin İnformasiya və Poliqrafiya Departamentinin direktor müavini İvan Neçayev brifinq zamanı Rusiyanın Federasiyası vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderlərinin mümkün görüşü ilə bağlı sualı cavablandırarkən deyib.

“Avqustun sonuna qədər Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı müxtəlif mövzular üzrə yüksək səviyyəli üçtərəfli təmasların təşkili planlaşdırılır” – deyə o bildirib və əlavə edib ki, Rusiya Prezidentinin iştirakı ilə hər bir yüksək səviyyəli təmas Prezident aparatı tərəfindən şərh olunur.

Daha çox göstər
Back to top button