
Avqustun sonunda Moskvada Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri komitələrinin iclasının keçirilməsi planlaşdırılır. Bu barədə ER-nın Baş nazir müavini Mher Qriqoryanın idarəsi məlumatlandırıb.
İdarədən qeyd olunub ki, hazırda formalaşan məsələlər üzrə ayrıca gündəm qərarlaşdırılmayıb.
Mayın 23-də ER Baş naziri Nikol Paşinyan Ermənistan Respublikası ilə Azərbaycan arasında sərhəd təhlükəsizliyi və dövlət sərhədinin demarkasiyası üzrə komissiyanın yaradılması haqqında qərar imzalayıb. Komissiyanın sədri ER Baş nazirinin müavini Mher Qriqoryandır.
Mayın 24-də Ermənistan və Azərbaycanın dövlətlərarası sərhədində Mher Qriqoryanla Azərbaycanın baş nazir müavini Şahin Mustafayev arasında ilk görüş keçirilib.







