BaşlıcaSiyasət

Erməni hərbçilər “Şərq-2022” beynəlxalq strateji komanda-qərargah hərbi təlimində iştirak edirlər

Rusiyanın Uzaq Şərq federal dairəsində yerləşən hərbi poliqonlardan birində “Şərq-2022” beynəlxalq irimiqyaslı strateji komanda-qərargah təliminin təntənəli açılış mərasimi keçirilib.

ER Müdafiə Nazirliyinin məlumatına görə, təlimdə 14 dövlət, o cümlədən Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələri iştirak edir.

Qeyd olunur ki, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərlərini və hərbçilərini salamlayan Rusiya Federasiyası müdafiə nazirinin müavini, general-polkovnik Yunus-Bek Yevkurov oxşar genişmiqyaslı birgə hərbi təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb.

“Ermənistan hərbi qrupunun komandiri, polkovnik Sasun Badasyan da təlimin yüksək səviyyədə keçəcəyinə və iştirakçı ölkələrin silahlı qüvvələrinin bölmələrinin hədəfə çatacağına əminliyini ifadə edib”, – məlumatda deyilir.

Mənbəyə görə, ümumilikdə “Şərq-2022” hərbi təliminə 50 minə yaxın hərbi qulluqçu, 5 min ədəd silah və hərbi texnika, o cümlədən 140 aviasiyasiya və 60 döyüş gəmisi cəlb olunub. Təlimlər sentyabrın 7-dək davam edəcək.

Daha çox göstər
Back to top button