
Rusiyanın Prezidenti Vladimir Putin sentyabrın 7-də Şərq İqtisadi Forumunda Ermənistanın Baş naziri Nikol Paşinyanla Qarabağ nizamlanması məsələsini müzakirə edəcək. TASS xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib.
“Dağlıq Qarabağ nizamlanması mövzusunun müzakirə ediləcəyi gözlənilir. Rusiya liderlər arasında üçtərəfli sazişlər əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına hərtərəfli dəstəyini davam etdirir.
Rusiya sülhməramlı kontingenti ölkənin təhlükəsizliyini bölgədə təmin edir”- deyə o əlavə edib.
O, qeyd edib ki, liderlər həmçinin Rusiya-Ermənistan münasibətlərinin əsas aspektlərini, o cümlədən ticari-iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər.
Energetika sahəsində əməkdaşlıq inkişaf edir. Rusiyadan ildə 2,4 milyard kubmetrdən çox qaz tədarükü (cari ilin yanvar-iyun aylarında 1,41 milyard kubmetr) təşkil edir” – deyərək Uşakov vurğulayıb.







