Ermənistanda elmi necə inkişaf etdirmək olar? STARMUS-un alimləri cavablayır

STARMUS festivalına dəvət olunmuş alimlər Ermənistanda elmin inkişaf etdirilməsi ilə bağlı öz fikir və ideyalarını təqdim ediblər.
İspaniyanın kosmik texnologiyaları ilə məşğul olan SATLANTIS-in həmtəsisçisi və baş direktoru alim Xuan Tomas Hernán bunun üçün çox səy tələb olunduğunu qeyd etdi.
O vurğulayıb ki, STARMUS festivalına qədər çox böyük iş görülüb və bu festival bitdikdən sonra da davam etməlidir.
“Bu, çox yaxşı fürsətdir və ən əsası, Ermənistan düzgün strategiya qəbul edib”, – deyən Xuan Tomas Hernan festival çərçivəsində bir çox tanınmış alimlərin Ermənistanda olduğunu vurğuladı.
SATLANTIS-in həmtəsisçisi bildirib ki, onun şirkəti Ermənistanda layihələr həyata keçirəcək.
2003-2015-ci illərdə Avropa Kosmik Agentliyinin baş direktoru, aerokosmik mühəndis Jan-Jak Dordainin fikrincə, Ermənistanda dünyanın müxtəlif ölkələrindən fərqli təcrübəyə və fərqli mədəniyyətə malik insanların bir araya gəlməsi ciddi irəliləyişdir.







