İctimaiyyət

Əfqan Muxtarlının oğurlanması üçüb Azərbaycan Gürcüstana 3 milyon dollar ödəyib

Azərbaycanlı jurnalist Əfqan Muxtarlı bildirib ki, Azərbaycan onun Tbilisidən qaçırılması üçün Gürcüstana 3 milyon dollar ödəyib.

Gürcüstan prokurorluğu Muxtarlını 2017-ci ilin mayında Tbilisidə oğurlanması işi üzrə rəsmi olaraq zərərçəkmiş kimi tanıyıb. Avropada siyasi qaçqın kimi tanınan Muxtarlı indi onun sui-qəsd cəhdinin təşkilində Gürcüstanın keçmiş baş naziri, milyarder Bidzina İvanişvili və daxili işlər naziri Vaxtanq Qomelaurinin dindirilməsini tələb edir.

“Azərbaycan Penitensiar Xidmətinin rəis müavini Misai Seydol mənə dedi ki, Azərbaycan mənim oğurluğuma görə Gürcüstana 3 milyon dollar ödəyib. Bunu mənə başqaları da deyib. O cümlədən, mən və Azərbaycanın sərhəd idarəsinin nümayəndələri prokurorluqda hər şeylə bağlı ifadə verdik.

Bu yaxınlarda həbs edilmiş Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin sabiq rəis müavini Soso Qoqaşvili qalmaqallı açıqlamalarının birində dəsdiqləyib ki, Muxtarlının Tbilisidən oğurlanaraq Azərbaycan tərəfinə verilməsi Gürcüstan xüsusi xidmət orqanları tərəfindən təşkil olunub və həyata keçirilib.

Qoqaşvili Muxtarlının oğurlanmasına görə məsuliyyət Dövlət Təhlükəsizlik Xidmətinin o vaxtkı rəhbəri Vaxtanq Qomelaurinin üzərinə düşür. O, həmçinin iddia edir ki, Bidzina İvanişvilinin də Muxtarlının oğurlanması və köçürülməsi planlarından xəbəri olub.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button