
ABŞ-ın ER-da olan səfiri Lin Treysi Sünik bölgəsində sentyabrın ortalarında baş vermiş hücumlardan zərər çəkmiş köçkün ailələri və şəxslərlə görüşüb.
Bu haqda ABŞ səfirliyi məlumat yayıb. “Region əhalisinin üzləşdiyi problemlər və təxirəsalınmaz problemlərin həlli yolları müzakirə olunub.
Səfir Treysi mərmilərə məruz qalan Akner kəndinə baş çəkib. Görüş zamanı o, ABŞ-ın Ermənistanın suverenliyinə dəstəyini davam etdirdiyini vurğulayıb.







