
Azərbaycan təcavüzkar dövlətdir və terrorçu dövlət kimi tanınmalıdır.
Bu barədə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan özünün Twitter mikrobloqunda erməni hərbi əsirlərin Azərbaycan hərbçiləri tərəfindən güllələnməsi ilə bağlı videoya istinadla yazıb.
“Azərbaycan hakimiyyəti ilk dəfə deyil ki, hərbi cinayətlər törədir. Bu və digər vəhşiliklərə görə Azərbaycanın hərbi-siyasi rəhbərliyi cavab verməlidir.
Azərbaycan təcavüzkar dövlətdir və terrorçu dövlət kimi tanınmalıdır”, – deyə Edmon Marukyan vurğulayıb.







