BaşlıcaSiyasət

ER MN-nin rəsmiləri NATO-nun hərbi təhsili təkmilləşdirilməsi proqramı çərçivəsində ABŞ-ın təhsil müəssisələrində olublar

Bu günlərdə Ermənistan Respublikası Müdafiə nazirliyinin rəsmiləri NATO-nun Hərbi Təhsili Təkmilləşdirmə Proqramı (DEEP) çərçivəsində ABŞ-da bir sıra təhsil müəssisələrində olublar.

Amerikanın Ermənistandakı səfirliyindən verilən məlumata görə, ABŞ-da olduqları müddətdə erməni nümayəndələr West Point Hərbi Akademiyasında, ABŞ Ordusunun Hərbi Kollecində, Milli Müdafiə Universitetində və Quru qoşunlarında həmkarları ilə görüşüblər.

Onlar qəbul, inteqrasiya, akademik proqramlar və hərbi hazırlıq haqqında danışıblar.

“Birləşmiş Ştatlar dövlətlərimizin müdafiəsi üçün nüfuzlu liderlərin hazırlanmasında Ermənistanla əməkdaşlığa hazırdır” – deyə səfirliyin yaydığı mesajda  bildirilib.

Daha çox göstər
Back to top button