
İran Prezidenti İbrahim Rəisi Azərbaycan prezidenti Əliyevlə görüşündə bir daha vurğulayıb ki, tarixi sərhədlərdə və regional geosiyasətdə hər hansı dəyişiklik İran üçün qəbuledilməzdir.
Alınan məlumata görə, bu haqda İran Prezidentinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi özünün “Twitter” səhifəsində məlumatlandırıb.
“Prezident Rəisi Azərbaycan prezidenti Əliyevə açıq şəkildə bildirdi ki, tarixi sərhədlərdə, regional geosiyasətdə, İran-Ermənistan tranzit marşrutlarında hər hansı dəyişiklik qəbuledilməzdir.
Həmçinin, Avropanın istənilən pərdə altındakı hərbi mövcudluğu da rədd edilir. Qərb bizi strateji baxımdan yayındıra bilməz” – deyərək Cəmşidi bildirib. .
İran və Azərbaycan prezidentləri Qazaxıstanda Asiyada əməkdaşlıq və etimad tədbirlərinin gücləndirilməsi konfransı çərçivəsində görüşüblər.







