BaşlıcaSiyasət

Nikol Paşinyan: “2023-cü ildə Daxili işlər nazirliyi və Xarici kəşfiyyat xidməti yaradılacaq”

2023-cü ildə Ermənistanda iki mühüm dəyişiklik gözlənilir. Daxili işlər nazirliyi və Xarici kəşfiyyat xidməti yaradılacaq.

Alınan  məlumata görə, bu  haqda  2023-cü il üçün parlamentin daimi komissiyalarının birgə iclasında ER Baş naziri Nikol Paşinyan dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Hər iki qanunvericilik paketi yaxın vaxtlarda hökumət tərəfindən qəbul edilərək parlamentə göndəriləcək. Xarici Kəşfiyyat xidmətinin yaradılmasını son dərəcə vacib hesab edirəm.

Amma onu da demək istəyirəm ki, çoxlu müzakirələr nəticəsində biz belə qənaətə gəldik ki, Xarici Kəşfiyyat xidmətinin fəaliyyəti bizim dövlət inzibati qurumlarının fəaliyyətinin məntiqinə daxil olmamalıdır, əks halda bu öz mənasını itirəcək” –   deyərək Baş nazir qeyd edib.

Daha çox göstər
Back to top button