
Baş nazir Nikol Paşinyan İsveçrə Konfederasiyasının keçmiş Prezidenti Mişlin Kalmi-Rehini qəbul edib.
Baş nazirin ofisindən verilən məlumata görə, həmsöhbətlər Cənubi Qafqazda baş verən proseslərlə bağlı fikir mübadiləsi aparıblar.
Baş nazir Ermənistan tərəfinin Dağlıq Qarabağ problemi, Ermənistan-Azərbaycan, o cümlədən Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması ilə bağlı mövqelərinə toxunub.
Regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl addımların atılması vurğulanıb







