
Rusiyaya avtomobil ixracında Ermənistan Belarus, Qazaxıstan və Gürcüstandan sonra dördüncü yerdədir.
Bu barədə “Sputnik Armeniya” mətbuat mərkəzində keçirilən mətbuat konfransı ərzində Ermənistan Avtomobil istehsalçılarının rəsmi nümayəndələri assosiasiyasının rəhbəri Artyom Petrosyan məlumatlandırıb..
Onun sözlərinə görə, son altı ay ərzində Rusiyaya avtomobil ixracında Ermənistanın payı 6,5 faiz təşkil edib.
“Belarus və Qazaxıstandan fərqli olaraq avtomobil istehsal etməyən ölkə üçün bu, kifayət qədər ciddi göstəricidir” – deyərək ekspert vurğulayıb.







