BaşlıcaSiyasət

Həftəlik icmalı: Ermənistanda KTMT sammiti keçirilib, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Həftə ərzində Azərbaycan həm Artsaxda, həm də Ermənistanda erməni mövqelərini atəşə tutaraq atəşkəs rejimini dəfələrlə pozub.

Azərbaycan cinayətkar siyasətini davam etdirərək Artsaxın mülki şəxslərini də hədəfə aldı. Arstax Respubliaksının Daxili İşlər Nazirliyi bildirdi ki, Azərbaycan tərəfi 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatı pozaraq, həftə ərzində Martuni, Askeran rayonların müxtəlif yaşayış məntəqələrini atəşə tutaraq kənd təsərrüfatı işlərinin aparılmasına mane oldu. Atəşkəs rejimin pozulması ilə bağlı məlumatları Arstax tərəfi Rusiya Sülhməramlı komandanlığına verib.

Rusiya Müdafiə Nazirliyi də öz növbəsində, Arstaxda Azərbaycan tərəfindən atəşkəs rejiminin pozulmasını qeyd etdi. Maraqlı olan isə odur ki, Azərbaycan tərəfi Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfəri fonunda vəziyyəti daha da gərginləşdirməyə çalışıb.

Noyabrın 23-də KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə sammitində iştirak etmək üçün Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ermənistana səfər etdi. Putini hava limanında Baş nazir Nikol Paşinyan qarşıladı.

İclasda müzakirə olunan bir sıra məsələlər arasında biri də Ermənistana hərbi yardımla bağlı məsələ idi. Ermənistanın baş naziri KTMT-nin bəyannaməsini və ölkəmizə dəstək üçün birgə tədbirlər haqqında sənədi imzalamayıb, lakin Baş nazir qeyd edib ki, onlar düzəlişdən sonra imzalanacaq. Ermənistanın baş naziri onu qeyd edib ki, ümumi razılığa gəlmək mümkün olmayıb, lakin bu, müzakirənin səmərəsiz olması demək deyil. Paşinyan sammiti səmimi və müsbət olaraq qiymətləndirdi.

İclasda Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, KTMT liderləri Ermənistanda sülhməramlı missiyanın müddətinin uzadılması məsələsini müzakirə ediblər.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də Dağlıq Qarabağ münaqişəsinə toxunub və KTMT-ni Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına diqqət yetirməyə çağırıb. Rusiya Prezidenti qeyd edib ki, Dağlıq Qarabağ nizamlanmasının kəskin problemlərinin hərtərəfli həllinə yönəlmiş səylər əlavə diqqət tələb edir.

Azərbaycan isə müntəzəm atəşkəsin pozulmasına paralel olaraq son günlər Ermənistana qarşı ittihamlarını gücləndirib və bəyan edib guya ki, erməni tərəfi müharibəsindən sonra Artsaxın işğal olunmuş ərazilərinə minalar basdırıb.

Erməni tərəfi isə bu əsassız ittihamlara cavab olaraq qeyd etdi ki, bu tamamilə yalandır. Beynəlxalq tərəfdaşlara göstərmək və Laçın dəhlizini mübahisələndirmək üçün saxta əsaslar yaratmaq məqsədilə Azərbaycan işğal etdiyi Ermənistan ərazilərindən minaları götürərək Arstaxın işğal olunmuş ərazilərinə ötürüb.

Daha çox göstər
Back to top button