BaşlıcaSiyasət

İsveçrə mətbuatı: “Patriarx Kirill 1970-ci illərdə Cenevrədə KQB agenti olub”

Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill (Vladimir Qundyaev) 1970-ci illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) göstərişi ilə Cenevrədə kəşfiyyat fəaliyyəti həyata keçirib.

Bu barədə İsveçrənin bir sıra dövri nəşrləri, xüsusən də “Tages-Anzeiger” məxfiliyi ləğv edilmiş dövlət arxivlərinə istinadən yazıb.

Həmin məlumata görə, Qundyaev “Mixaylov” kod adından istifadə edərək kəşfiyyat xidmətində çalışıb. O, İsveçrədə Ümumdünya Kilsələr Şurası (WCC) yanında Moskva Patriarxlığının nümayəndəsi vəzifəsini tutaraq casusluqla məşğul olub.

 Eyni zamanda, onun əsas vəzifəsi Avropa Şurasına təsir etmək olub.

“Tages-Anzeiger”in məlumatına görə, Rusiyanın Berndəki səfirliyi bu KİV nəşrlərinə qəzəbli bəyanatla cavab verib və mesajları “İsveçrədə yayılan rus nifrətinin daha bir nümunəsi” adlandırıb.

Rus Pravoslav Kilsəsi şərh verməkdən imtina edib. Dövlət Şurası bu məsələ ilə bağlı məlumatlarının olmadığını açıqlayıb.

Daha çox göstər
Back to top button