Azərbaycanda müxalif fəal həbsxanada aclığa başlayıb

2021-ci ilin iyununda Azərbaycana Almaniyadan readmissiya olunduqdan sonra narkotik ittihamı ilə 7 il azadlıqdan məhrum edilən müxalif fəal Mütəllim Orucov fevralın 12-də həbsdə aclığa başlayıb.
“Turan” agentliyinə əsasən, vəkil Nemət Kərimli bildirib ki, Orucovun aclıq etməsi həkimə əlçatımlılığının olmaması ilə bağlıdır.
“O, əvvəllər korornavirus olub və bu xəstəlikdən sonra ağ ciyərlərində problemlər yaranıb. Təcridxanada həkimə əlçatımlılığı olmadığına və çoxadamlı kamerada saxlanılmasına etiraz olaraq aclıq edir. Onun olduğu kameradakı insanların əksəriyyəti siqaret çəkir. Bu da onun sağlamlığına ağır təsir edir”, deyə vəkil qeyd edib.
Orucov Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır.
Mütəllim Orucov ötən il oktyabrın 21-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Orucovu 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
O, deportasiya olunandan 4 ay sonra böyük miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs edilib.
Mütəllim Orucov ittihamları qəbul etmir və siyasi sifariş hesab edir.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.







