BaşlıcaBeynəlxalq
Adam Şiff: “ABŞ Azərbaycanın Artsaxa hücumlarını məhkum etməli və Əliyev rejimini məsuliyyətə cəlb etməlidir”

Artsaxdan olan 3 polis əməkdaşının həlak olması ilə nəticələnən Azərbaycan silahlı qüvvələrinin hücumu növbəti qəsdən adam öldürmə aktıdır.
Vaşinqton regiondakı qeyri-sabitliyi nizamlamaq üçün diplomatik kanallardan istifadə etməlidir. ABŞ konqresmeni Adam Şiff belə bir bəyanatla çıxış edib.
O, vurğulayıb ki, Artsax polislərinin öldürülməsindən sonra “insan haqlarını və Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnu pozduqlarına görə” Azərbaycana qarşı sanksiyaların tətbiqinə daha çox ehtiyac var.
Şiff Laçın dəhlizinin hələ də Azərbaycan tərəfindən bloklandığını xatırlatmış və rəsmi Bakını məsuliyyətə cəlb etməyə çağırmışdır.







