BaşlıcaSiyasət

Azərbaycan İrana nota verib

Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.

Hacızadə Azərbaycan vətəndaşlarına bir daha xatırladıb ki, İrandakı səfirliyinə qarşı baş vermiş hücumdan sonra, Azərbaycan XİN vətəndaşlarına zəruri olmadığı təqdirdə İrana səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri barədə səyahət xəbərdarlığı yayıb.

Daha çox göstər
Back to top button