
Artsax Respublikasının Dövlət naziri Qurgen Nersisyan martın 9-da Artsax Respublikasının rus icmasının nümayəndələrini qəbul edib.
Dövlət naziri görüş iştirakçılarını salamlayaraq qeyd edib ki, Ermənistan-Rusiya münasibətləri çoxəsrlik tarixə malikdir və mədəniyyətlərarası ünsiyyətə keyfiyyətcə yeni nəfəs vermək üçün maksimum səy göstərmək lazımdır.
“Vurğulamaq istərdim ki, son dövrlərdə Artsaxın rus icmasının yüksək səviyyədə təşkilatçılığı müşahidə olunur və buna görə bu mühüm işə töhfə verən şəxslərə təşəkkür edirəm. Rus dilinin populyarlıq səviyyəsini yüksəltmək və mədəni həyatı aktivləşdirmək üçün mən sizinlə hər zaman açıq ünsiyyətdə olmağa hazır olduğumu bildirirəm və hökumətin imkanları çərçivəsində iştirak etməyə və töhfə verməyə çalışacağam”, – deyə Quregen Nersisyan vurğulayıb.
Görüşdə sosial, təhsil, mənəvi-mədəni həyat, eləcə də gələcək əməkdaşlıq, birgə proqramların icrasının davamlılığının təmin edilməsi ilə bağlı geniş spektrli məsələlər də müzakirə edilib.
“Oxşar görüşlər sizin fikir və təklifləriniz əsasında respublikada mövcud problemlərin birgə qaldırılmasına, vəziyyətin yumşaldılması baxımından qərarların qəbuluna öz töhfəsini verir. Biz onu da dərk etməliyik ki, yalnız bir-birimizə kömək etməklə biz daxili ictimai həyatı daha təhlükəsiz və maraqlı edə bilərik”, – Dövlət naziri qeyd edib.
Görüş sual-cavab formatında davam edib. Rusiya icmasının nümayəndələri Dövlət nazirinə blokada nəticəsində yaranmış vəziyyətdə hökumətin fəaliyyəti, mövcud problemlərin aradan qaldırılması üçün alətlər, sosial-iqtisadi və inkişaf proqramları ilə bağlı bir sıra suallar ünvanlayıblar.







