
KTMT-yə üzv dövlətlərin parlament nümayəndə heyətlərinin Bəhreyndə keçirilən Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında keçirilən iclasında ER parlamentinin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin üzvü Hasmik Hakobyan Ermənistanın suveren ərazilərinin Azərbaycan tərəfindən işğalı zamanı KTMT-nin fəaliyyətsizliyindən danışıb.
“2021-ci ilin may və noyabr aylarında, eləcə də ötən ilin sentyabrında Azərbaycan Ermənistan Respublikasına qarşı genişmiqyaslı silahlı təcavüzə başlayıb, nəticədə Ermənistanın 150 kvadratmetrə yaxın suveren ərazisi işğal olunub. Bu vəziyyətdə Ermənistan üçün KTMT tərəfdaşlarının hərbi və siyasi dəstəyi vacib idi. Və təəssüf edirik ki, təşkilatımız (KTMT) hələ də Ermənistan Respublikasının suveren sərhəddinə hücum edildiyinə və Azərbaycanın KTMT-yə üzv ölkələrin ərazilərini işğal etdiyinə dair dəqiq siyasi qiymətləndirmə etməyib”, – Hasmik Hakobyan bildirib.
Dağlıq Qarabağdakı humanitar böhran və təhlükəsizliklə bağlı məsələlərdən danışan deputat qeyd edib ki, bu ilin fevralında Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycandan Laçın dəhlizi ilə fasiləsiz hərəkəti təmin etməyə tələb etdi, lakin Azərbaycan tərəfi məhkəmə qərarını həyata keçirmək üçün addım atmadı.
“Üç aydır ki, Laçın dəhlizinin bağlanması və humanitar fəlakətin yaradılması ilə yanaşı, Azərbaycan Dağlıq Qarabağın yerli erməni əhalisinə qarşı terroru davam etdirir. Azərbaycan ordusu atəşkəs rejimini mütəmadi olaraq pozur. Bu yaxınlarda Dağlıq Qarabağda kənd təsərrüfatı işləri ilə məşğul olan dinc sakin güllələnib. Martın 5-də isə Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi təxribat hücumu nəticəsində Dağlıq Qarabağ Daxili İşlər Nazirliyinin 3 polisi həlak olub, daha bir zabiti yaralanıb”, – deyə Hasmik Hakobyan bildirib.
O, həmçinin toplantıda iştirak edənləri Azərbaycanın güc tətbiq etməsini, eləcə də genişmiqyaslı hərbi əməliyyatın təxribat xarakterli təzahürlərini pisləməyə çağırıb.







