
2018-2020-ci illərdə Azərbaycan İsrailin ən çox silah ixrac etdiyi ikinci ölkə olub.
APA-nın verdiyi xəbərə görə, bu haqda Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında deyilir.
Qeyd olunub ki, qeyd olunan dövrdə İsrailin silah ixracının 9,1 faizi Azərbaycanın payına düşüb. 2018-2022-ci illərdə Hindistan İsraildən ən çox silah ixrac edib.
Hindistana silah ixracı İsrailin ümumi silah ixracatının 37 faizini təşkil edib. İsrailin də ən çox silah ixrac etdiyi üçüncü ölkə Filippindir (8,5 faiz).
2018-2022-ci illərdə dünya silah ixracatında İsrailin payı 2,3 faiz təşkil edib.







