
ER Parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreyndə sülh və təhlükəsizlik məsələlərinə həsr olunmuş Parlamentlərarası İttifaqın (İPU) Assambleyasında iştirak edir.
ER Parlamentinin sədri “Facebook”da yazır ki, Bəhreyndə çıxışından sonra azərbaycanlı jurnalistlər ona yaxınlaşaraq iki suala cavab verməsini xahiş ediblər.
“Cavabında dedim ki, onsuz da göstərməyəcəksiniz.
– Yox, yox, nə deyirsiniz, “REAL TV” mütləq göstərəcək,- jurnalist mənə cavab verdi.
Onlar Dağlıq Qarabağın üç polisinin öldürüldüyü atışma barədə soruşublar.
Dedim: “İnsanların həyatı ilə oynamayın, biz Dağlıq Qarabağa silah aparmırıq, boş yerə axtarmayın”.
İkinci sual minalarla bağlı idi. Cavab verdim ki, hətta Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsi belə bir şeyin olmadığını qeyd edib.
İndiyədək həmin müsahibənin heç bir parçası dərc olunmayıb.
Əvəzində Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarovanın ER Parlamentinin sədrinin yalanlarını necə ifşa etməsi barədə bəyantlar səsləndirilir ki, guya Laçın dəhlizi açıqdır, ermənilər 30 ildir ərazilərini işğal edib və s. , bir sözlə, köhnə diskinin yeni təqdimatı edirlər.
Qonşu ölkənin xalqına və mətbuatına azadlıq arzulayıram”, – deyə Alen Simonyan yazıb.







