BaşlıcaSiyasət

Bakı Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən imtinası üçün zəmin hazırlamaqda davam edirlər

Azərbaycan Milli Məclisi martın 16-da Fransa Senatında keçirilən konfransla bağlı beynəlxalq hüquqa açıq-aşkar hörmətsizlik olan etiraz bəyanatı qəbul edib.

Bəyanatda deyilir: “Fransa parlamentinin İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarış qarayaxma kampaniyası aparan qüvvələrin əlində alətə çevrilməsi təəssüf doğurur. Ermənistanla sülh sazişinin bağlanması istiqamətində beynəlxalq səylərin gücləndiyi bir vaxtda Fransa Senatının addımı revanşizmə xidmət edən bir addımdır. Milli azlıqların hüquqlarını qorumaqdan yayınan Fransanın Azərbaycandakı erməni azlıqla bağlı canfəşanlıq göstərməsi yolverilməzdir. “Korsika xalqı” ifadəsi Fransa Konstitusiyasına zidd addım kimi qadağan edilib. Ancaq Fransa Azərbaycanda yaşayan bir etnik azlığı “Arsax xalqı” kimi təqdim etməyə çalışır. Azərbaycanın daxili işlərinə davamlı müdaxilə edən Fransa Senatı və Milli Assambleyanın İslam separatizminə qarşı qəbul etdiyi qanunlardan bu ölkədə azadlıqların məhdudlaşdırılması üçün kütləvi istifadə edilir. Ona görə də Fransa Senatında konfrans siyasi riyakarlığın bariz nümunəsidir.

Fransanın bölgədə itirdiyi mövqeləri kobudluqla bərpa etmək cəhdləri uğursuzluğa məhkumdur. Milli Məclis Azərbaycana ədalətsiz münasibətini nümayiş etdirmiş Fransanın mövqeyini dəyişmədən Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə cəlb edilməməsi ilə bağlı hökumətə müraciət edib.

Fransa tərəfinin son təxribatçı addımları şəraitində Azərbaycan parlamenti prinsipial mövqeyini bir daha əks etdirərək Fransa Senatını Cənubi Qafqazda baş verən hadisələrin təhrif edilməsi kimi praktikadan, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı hərəkətlərdən, Azərbaycanın daxili işlərinə müdaxilədən əl çəkməyə, Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh yaradılmasına xidmət edən addımlar atmağa çağırır”.

Beləliklə, Bakıda Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən tamamilə imtinası üçün “zəmin” hazırlanır.

Daha çox göstər
Back to top button