BaşlıcaBeynəlxalq

Senator R. Menendez:   “Azərbaycana hər cür yardım dayandırılmalıdır”

Azərbaycana hərbi yardımın göstərilməsi təkcə ABŞ-ın milli təhlükəsizlik maraqlarına zərər vurmur, həm də bizim Erməni Soyqırımı qurbanlarına və sağ qalanlara hörmət etmək öhdəliyimizə və tarixin təkrarlanmamasını təmin etmək öhdəliyimizə olduqca ziddir.

Bu haqda ABŞ Konqresində “Erməni Soyqırımının 108-ci ildönümü” münasibətilə təşkil olunan tədbirdə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, senator Robert Menendes bəyan edib.

“1,5 milyon qurbanı nəinki təkcə necə öldüklərinə görə xatırlayırıq. Biz eləcə də onların necə yaşadıqlarını xatırlayırıq. Onların erməni tarixinə və mədəniyyətinə verdiyi töhfələr bu günə qədər də yaşayır” – deyən Menendez həyat yoldaşının  Erməni Soyqırımı ərzində  babasının qətlə yetirilənlərdən biri olduğunu xatırladıb.

Eyni zamanda senator vurğulayıb ki, təkcə Türkiyə hökuməti yazıçıları və tarixçiləri təqib edərək Erməni Soyqırımı ilə bağlı həqiqətləri gizlətməyə çalışdığına görə deyil, həm də Azərbaycanın Artsax ermənilərini qanunsuz blokada  altında saxlamasına görə hələ çox iş görülməlidir.. Menendez vurğulayıb ki, 2020-ci ildə Bakının başlatdığı müharibə nəticəsində 100 minə yaxın erməni Dağlıq Qarabağdan didərgin düşüb.

“Mən hesab edirəm ki, ABŞ-ın reaksiyası qəbuledilməzdir, ona görə də mən həm Ermənistanda, həm də Dağlıq Qarabağda qurbanlara dəstək üçün daha çox humanitar yardım göndərməkdə israrlıyam” – deyən Menendez dövlət katibi Entoni Blinkendən təminat aldığını qeyd edib.

Qarabağdakı ermənilərə daha çox yardım göstərilməsi istiqamətində Dağlıq Qarabağda addımlar atılacaq.

Mendendes həmçinin Azərbaycan əskərlərinin silahsız erməni hərbiçilərinə işgəncə verməsini nəzərə alaraq Vaşinqtonun Bakı rejiminə hərbi və digər dəstəyi qəbuledilməz adlandırıb.

“Müharibə cinayətləri və qonşu dövlətə qarşı təcavüzü ilə tanınan hərbi qüvvəyə hər cür yardımın edilməsinin qəti əleyhinəyəm. Biz Azərbaycan kimi hökumətlərlə “yatağa girməməliyik”.

Bu, bağışlanmazdır, mənəvi cəhətdən qınanandır və  buna son qoyulmalıdır”- deyə Menendes qeyd edib.

Daha çox göstər
Back to top button