BaşlıcaSiyasət

Azərbaycanın Dağlıq Qarabağı ermənilər üçün yeni eşafota çevirmək cəhdlərinə son qoyulmalıdır: Baş nazir

ER Baş naziri Nikol Paşinyan Azərbaycan tərəfindən Laçın dəhlizinin blokadaya alınması ilə əlaqədar Laçın dəhlizinə və Dağlıq Qarabağa təcili beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsini zəruri hesab edir.

Bu barədə Paşinyan hökumətin iclasındakı çıxışında bildirib.

“Azərbaycanın Dağlıq Qarabağı ermənilər üçün yeni eşafota çevirmək cəhdlərinə son qoyulmalıdır və bunun yeganə etibarlı yolu Dağlıq Qarabağda geniş beynəlxalq mandata malik nümayəndələrin olmasıdır.

İlk addım kimi Laçın dəhlizinə və Dağlıq Qarabağa təcili beynəlxalq faktaraşdırıcı missiya göndərmək lazımdır”, – deyə Baş nazir bildirib.

Daha çox göstər
Back to top button