
ER hökuməti aprelin 27-də keçirilən iclasında 2023-cü ilin büdcəsinə dəyişiklik edilməsi və Dağlıq Qarabağ hökumətinə dövlətlərarası kreditin verilməsi barədə qərar qəbul edib.
Təqdim olunan layihənin məqsədi müharibədən sonrakı dövrdə Dağlıq Qarabağ ərazisində yaradılmış sosial gərginliyin azaldılması üçün əlavə maliyyə vəsaitinin ayrılmasıdır.
Layihə Ermənistanın 2023-cü il dövlət büdcəsinin vergi daxilolmalarından Dağlıq Qarabağa 3,5 milyard dram (9.1mln dollar) məbləğində dövlətlərarası kreditin verilməsini nəzərdə tutur.







