
ABŞ dövlət katibi Entoni Blinkken mayın 1-də Azərbaycan prezidenti İlham Əliyevlə danışıb, Azərbaycan-Ermənistan sülh danışıqlarının əhəmiyyətini vurğulayıb və ABŞ-ın davamlı dəstəyinə söz verib.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Millerin bəyanatında qeyd olunur.
“O, həmçinin Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi qoymasından ABŞ-ın dərin narahatlığını ifadə edib, bunun sülh prosesinə etimadın yaradılması səylərini sarsıtdığını qeyd edib və Laçın dəhlizinin tezliklə açılmasının vacibliyini vurğulayıb” – deyərək mesajda bildirilib.







