BaşlıcaSiyasət

44 günlük müharibənin şəraitini araşdıran parlament komissiyasının fəaliyyət müddəti 6 ay uzadıldı

44 günlük müharibənin şəraitini öyrənən parlamentin istintaq komissiyasının fəaliyyət müddəti 6 ay uzadılıb.

Aldığımız məlumatına görə, parlamentin müvafiq layihəsi səsvermə yolu ilə 59 lehinə, 29 əleyhinə, 1 bitərəf olmaqla qəbul edilib.

Komissiyanın sədri Andranik Koçaryan bildirib ki, dəvət olunanların siyahısı qərarlaşdırılıb, onların əsasında hazırkı və keçmiş yüksək rütbəli hərbi və siyasi məmurlar dəvət olunub və olunur. Komissiyaya bir çox müharibə iştirakçıları və həlak olanların doğmaları müraciət etmiş, onlar da ayrı-ayrılıqda komissiyaya xeyli məlumat və videomateriallar təqdim etmişlər.

Koçaryan eləcə də əmin edib ki, bu, sonuncu uzadılma olacaq.

Daha çox göstər
Back to top button