Ermənistan “Mətbuat Azadlığı İndeksi”ndə ABŞ-dan 4 pillə geri qalır

Ermənistan “Mətbuat Azadlığı İndeksi”ndə mövqeyini yaxşılaşdırıb və ötən ilki 51-ci mövqe əvəzinə 49-cu yeri tutub.
“Sərhədsiz Reportyorlar” təşkilatının hesabatında Ermənistan “kifayət qədər yaxşı” vəziyyəti olan ölkələr sırasındadır. Qonşu ölkələr arasında İran 177-ci, Azərbaycan 151-ci ( vəziyyətin “çox pis” olduğu ölkələr), Gürcüstan isə 77-ci yerdədir. Ermənistan ABŞ-dan cəmi 4 pillə geri qalır, hətta bir sıra Şərqi Avropa dövlətlərini də geridə qoyub.
Hesabatda mətbuat azadlığı ilə bağlı ölkəmizdəki proeblərləri də öz əksini tapıblar. Mövcud porblemlər də qeyd olunub.
Qeyd edək ki, 2023-cü ildə İndeks 180 ölkədə vəziyyəti qiymətləndirib, bunlardan 31 ölkədə vəziyyət “çox pis”, 42 ölkədə “pis”, 55 ölkədə “problemli” və 52 ölkədə “yaxşıdır”. Yəni, dünyanın on ölkəsindən yeddisində jurnalistika üçün mühit “pisdir”.







