
“BQXK-nın Ermənistan ofisi Laçın dəhlizi vasitəsilə humanitar işimizin müəyyən prosedurlarını aydınlaşdırmaq üçün bütün qərar qəbul edən şəxslərlə dialoqu davam etdirir”, – deyə BQXK-nın Ermənistan ofisinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni “Radar Armenia”ya müsahibəsində bildirib.
“Nəticədə ümid edirik ki, vətəndaşların daşınması ilə bağlı dəstəyimiz bərpa olunacaq”, – o qeyd edib.







