BaşlıcaTəhlil

Artsaxın öz ərazisi və statusu var

Brüsseldə Paşinyan-Mişel-Əliyev üçtərəfli danışıqlarının nəticələri də yekunlaşdırılıb. Brüsseldə qeyd olunan rəqəmlər Ermənistan parlamentində müxtəlif şəkildə şərh olunur. Siyasi şərhlərlə yanaşı, onlar həm də kartoqrafların diqqət mərkəzindədir.

ER Parlamentinin deputatı Andranik Koçaryan qeyd etdi ki, “bu gün biz qeyd etməliyik ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımalıdır, biz də onların ərazi bütövlüyünü tanımalıyıq. Lakin orada Dağlıq Qarabağ da var, o, həyatını öz standartlarına uyğun qurub. Artsaxın öz ərazisi və statusu var. Bu gün Artsax bəlkə də dünyanın ən müstəqil dövlətidir və yaxın 2-3 il ərzində belə olacaq. Sonra görəcəyik”.

Deputat Artur Xaçatryan isə qeyd edir ki, Paşinyanın belə hüququ yoxdur.

“Hələ 1992-ci il iyulun 8-də Ermənistanın o vaxtkı Ali Şurası Ermənistan hakimiyyətinə Artsaxın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı hər hansı sənədi imzalamağı qadağan edən qərar qəbul etdi”.

1991-ci ildə Sovet İttifaqından müstəqilliyi elən edən dövlətlərin xəritələri əslində 1975-ci ilin xəritələridir.

Kartoqraf Şahen Şahinyan vurğuladı ki, qeyd olunan ərazilər və xəritələr təkcə Artsaxla bağlı deyil. Demarkasiya və delimitasiyadan əvvəl Azərbaycan dəfələrlə Ermənistana qarşı yeni ərazi tələbləri səsləndirib. Sovet dövründə hüquqi əsas olmadan Azərbaycana verilmiş anklavlar əslində coğrafi baxımdan Ermənistan üçün təhlükəlidir.

“Azərbaycan anklavlarından biri də Ararat bölgəsindəki hazırkı Tiqranaşen hissəsidir. Ermənistanın şimalını cənubla birləşdirən M2 dövlətlərarası yol oradan keçir. Digər iki anklav isə Tavuş bölgəsindədir, biri Verin Voskepar, digər anklafı isə Sofuludur. Ermənistanı Gürcüstanla birləşdirən yollarından biri, Noyemberyandan keçən dövlətlərarası yolu biri bu anklavlardan keçir. Və gərə bu anklavların verilməsi vəziyyəti yaranarsa, Ermənistan iki mühüm nəbzini itirə bilər”.

Kartoqraf Ruben Galçyan anklavlarla bağlı Azərbaycanın qanunvericilik əsaslarını xatırladır.

“Ən önəmlisi Azərbaycan Konstitusiyasının Aktıdır. İkinci maddədə deyilir: “Biz Azərbaycan Respublikasının və onun 1918-1920-ci illərdə olan ərazisinin varisləriyik”. 1918-1920-ci illərdə isə heç bir anklav yox idi. Onlar 1936-39-cu illərdə yaradılıblar”.

Kartoqraf Şahen Şahinyan iddia edir ki, 29.800 kvadrat kilometr rəqəminə 2021-ci ildən sonra Azərbaycanın işğal edilən ərazilər də daxildir. Ermənistanın sözügedən ərazi ilə bütövlüyü o deməkdir ki, Azərbaycan əsgərləri Ermənistan ərazilərindən çıxmalıdır.

Bu baxımdan kartoqraf çox vacib rəqam qeyd edir.

“Nümunə olaraq, Mets İşxanasar hissəsində, 1970-ci illərin xəritəsinə görə, sərhəd İşxanasar zirvəsindən keçir. Burada çox vacib bir sual yaranır. Sərhədin demarkasiyası nəticəsində o zirvə kimə məxsus olacaq, çünki yüksəkliyə kim nəzarət edirsə, hündürlükdən bir neçə kilometr kənarda olan əraziyə nəzarət edəcək. Oxşar ərazilər çoxdur.

Daha çox göstər
Back to top button