
“Novaya qazeta Europe” dövri nəşri öz saytında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə keçirdiyi müsahibəsini dərc edib.
Sual – Bir ilə yaxındır ki, Ermənistan hakimiyyəti Şərqlə Qərb arasında qəribə rəqslər edir. Vaşinqtonda görüş, Moskvada görüş. KTMT-nin tənqidi, KTMT-nın ünvanına xoş sözlər.
Beynəlxalq Cinayət Məhkəməsinin Putinlə bağlı qərarlarının cəsarətlə tanınması və bir neçə həftə sonra hər şeyin o qədər də birmənalı olmadığına dair bir çox qeyd-şərtlər. Və nəhayət, Paşinyanın 9 May paradına gəlişi.Addım irəli, addım geri, Bunlar nəylə bağlıdır?
Cavab – Burada qəribə heç nə yoxdur. Son illər dünyada və xüsusən də regionumuzda təhlükəsizlik arxitekturası fundamental şəkildə dəyişib. Əvvəllər hər şey aydın və anlaşılan idi. Şərti desək, düşündük ki, zəng edib demək olar “mənim problemim var.
Cavabında deyəcəklər: “Okey, canım,biz kömək edəcəyik”. Çalışdıq və görürük ki, bu mexanizm işləmir. Müqavilə öhdəlikləri yerinə yetirilmir. Bütün təhlükəsizlik konsepsiyamız onun üzərində qurulub və yenisi isə hələ yoxdur.
Ermənistanın təhlükəsizliyini təmin etməli olan mexanizmlər iflasa uğradı, yeniləri yaradılmayıb.
Böhran məhz budur.
Sual – Bəs nə etməli?
Cavab – Yeni mexanizmlər və silah tədarükü axtarmalı, çünki obyektiv olaraq biz nəy üçün ki,Rusiyaya sifariş etmişdik, ödədiyimizi almırıq.
Sual – Anladığıma görə görə, söhbət 2021-ci il üçün yüz milyonlarla dollarlıq müqavilədən gedir, hansı ki, indiyə kimi bitmiş deyil?
Cavab – Bir neçə belə müqavilə haqqında, bu, yeganə deyil. Həmçinin ötən ilin sentyabrında Azərbaycanın Ermənistan ərazisinə birbaşa təcavüzü zamanı KTMT-nin işləyəcəyini gözləyirdik. Bu işə yaramadı və s.
Sual – KTMT-dən çıxmaqla bağlı söhbətlər olubmu?
Cavab – Səmimi desəm, bəli, belə müzakirələr olub, təbii reaksiyadır.
Sual – Rusiya Ermənistanın Qərblə hər hansı təmasına çox sərt reaksiya verir. Qərb tərəfdaşlarının iştirakı ilə aparılan hər bir danışıqlar sərhəddə atışma və təxribatlarla başa çatır. Deyəsən, Rusiya Federasiyasından başqa biri ilə münasibət qurduğunuz üçün cəzalandırılırsınız.
Cavab – Hardasa Sia haqlısınız, haradasa yox. Atışma və təxribatlar təkcə Qərblə danışıqlar aparanda baş vermir. 2018-ci ildə Ermənistanda inqilab olarkən dedik ki, bu, daxili demokratik prosesdir, xarici siyasətə təsir etməyəcək.
Biz Rusiya ilə işləməyə davam etdik, lakin bu da bizə təhlükəsizliyi təmin etmədi. 2020-ci il müharibəsini aldıq. Başqa bir missal: 2013-cü ildə Prezident Serj Sarkisyan sonradan Aİİ adlandırılan Gömrük İttifaqına daxil olmaq barədə qərar qəbul edib.
Ona başa saldılar ki, bunu etməsə, Dağlıq Qarabağda problemlər yaranacaq. Sarkisyan üçün İttifaqa daxil olmaq üçün əsas arqument Qarabağın təhlükəsizliyi idi. Bundan sonra iki müharibəmiz oldu. Aprel 2016 və sentyabr 2020.
Sual – Təzyiq təkcə Qarabağ xəttində deyil. Rusiyada Ermənistan vətəndaşlarının vəziyyəti son vaxtlar mürəkkəbləşib, onlar müvəqqəti qeydiyyatdan məhrum edilməyə başlayıblar. Üstəlik, orduda olub Ukraynaya ölmək üçün getmək riski var.
Rusiya hərbi komissarının Ermənistan vətəndaşını hərbi xidmətə çağırıb cəbhəyə göndərməyə cəhd etdiyi bir video var.
Cavab- Nə baş verdiyini hamı görür, burada şərh verməyə bir şey yoxdur. Mən başqa bir şey deyəcəyəm. Ötən il Ermənistana kütləvi miqrasiya zamanı çoxlu ermənilər olub. həm Rusiyada doğulanlar, həm də bir vaxtlar orada işləmək üçün gedənlər.
Onlar indikindən daha pis iqtisadi vəziyyətdə olan ölkəni tərk edirdilər. İndi də hər şey qaydasında deyil, amma faktlar var. Ötən il ÜDM 12,6% artıb, bu, çox yaxşı nəticədir. İntensiv tikinti gedir, inşaatçılar və qazana bilmədiyi üçün gedən bir çox başqa peşə sahibləri üçün iş yerləri yaranıb.
Sual – Yəni Rusiyada erməniləri qorumaq iqtidarında deyilsiniz, ancaq öz vətəninizdə qəbul etməyə hazırsınız?.
Cavab- Birbaşa deyirəm: biz onları gözləyirik. İndi Ermənistanın əhalisi üç milyona yaxındır, biz istərdik ki, daha artıq olsun. Amma panikaya düşməzdim və şişirtməzdim. Müvəqqəti qeydiyyatla bağlı problemlər indi yaranmayıb, həmişə olub. Onlar məhz belə həyati şərtləridir.
Sual – Başqa problemlər də var. Bu yaxınlarda “Rospotrebnadzor” Rusiyada erməni məhsullarının satışını məhdudlaşdırıb. Yuxarı Larsda ərzaq olan erməni yük maşınları saxlanılır, onlara Rusiya Federasiyasına buraxılmır.
Onlar Gürcüstanla belə davranırdılar. Əvvəlcə gürcü məhsullarına qadağa qoydular, sonra yük təyyarələri ilə gürcüləri deportasiya etməyə başladılar. Və siz daha həssassınız. Ermənistanda çoxlu Rusiya məhsulları var. Dəmir yolları SCR-yə aiddir. Əsas qaz təchizatı Rusiyadır. Bütün bunları bağlamaq asandır və çökmə baş verəcəkdir.
Cavab- Bəli, belə bir təhlükə var. Əslində Sizin sadaladığınızdan daha çox zəifliklər var. İqtisadiyyatı şaxələndirmək lazımdır, amma bunu biz bir gündə edə bilmərik.
Hələlik suverenliyi qorumaq və Ermənistanın daxili işlərinə qarışmağın qarşısını almaq üçün yeganə yol var. Onlar bizim qura bildiyimiz və nail olduğumuz demokratik institutlardır.
Sual – Siz daim “suverenlik” ifadəsini işlədirsiniz . Amma biz bilirik ki, “Zvartnots” aeroportunun sərhəd xidməti Rusiya ilə ortaq kompüter bazasına malikdir. Yerevan sözün əsl mənasında Rusiya xüsusi xidmət orqanları ilə doludur və onlara heç kim toxunmur. Bunu necə izah etmək və bununla bağlı nə etmək lazımdır?
Cavab – İstənilən kəşfiyyat fəaliyyətini dayandırmaq üçün təhlükəsizlik strukturlarında tam islahatlar aparılmalıdır. Bizim qurumların yalnız Ermənistana xidmət etməsinə nail olmaq lazımdır.
Sual – Bağışlayın, amma bu, çox faydasız cavabdır. Buradan belə çıxır ki, bununla bağlı heç nə edə bilməyəcəksiniz.
Cavab – Hazırda bacarmırıq, amma gələcəkdə edə bilərik və edəcəyik. Yeri gəlmişkən, “Zvartnots” barədə:Hamının yadındadır ki, bir müddət əvvəl orada rus sərhədçiləri oturmuşdu, indi də orada erməni sərhədçiləri oturub. Beləliklə, buna baxmayaraq, irəliləyiş var. Bununla belə, suverenlik uzun bir yoldur. Bir gün oyanıb tam müstəqil ola bilməzsən. Əvvəlcə bir addım atmalısan, sonra ikinci, sonra üçüncü.
Sual – Amma çatdıracaqsınızmı? Ölkə uzaq gələcəkdə deyil, hazırda uçurumun astanasındadır. Hər gün bir fəlakət baş verə bilər.
Cavab – Bunu hamı başa düşür. Ancaq çox tələssən də, hərəkətlərin ardıcıllığını dəyişmək mümkün deyil. Yalnız belə: əvvəlcə bir addım, sonra ikinci, sonra üçüncü. Və görün nə olacaq, vəziyyət necə dəyişəcək. Səmimi etiraf edirik ki, hələ həll yolu yoxdur, amma onu axtarırıq. Bizim şansımız, imkanımız var. Və heç bir zəmanət yoxdur.
Sual – Mən bu yaxınlarda Stepanakertlə danışdım, orada onlar əmindirlər ki, Laçın dəhlizində Azərbaycan nəzarət-buraxılış məntəqəsi yaradılandan sonra azərbaycanlılar hər gün Artsaxa gələ bilərlər və bu, 1915-ci ildəki kimi olacaq.Belə olarsa, Ermənistanın reaksiyası necə olacaq?
Cavab – Dekabrın əvvəlindən Ermənistan bütün beynəlxalq platformalarda Azərbaycanın Qarabağda etnik təmizləmə planlarının olmasından danışır. Gəlin görək kimin imkanları var ki, onların qarşısını alsın. Birincisi, Rusiya Federasiyasının Dağlıq Qarabağda yerləşən sülhməramlı qüvvələri. Üstəlik, 2020-ci il müqavilələrinə görə, bunu etməyə onlar borcludurlar.
Sual – Amma bunu etmirlər. Mümkün olan hər şeyi təhvil verirlər.
Cavab – Vəziyyətin faciəsini başa düşürsən? Rusiya sülhməramlıları Qarabağdadır və insanlar etnik təmizləmə təhlükəsindən danışırlar. Onların xilas olacağına ümidləri yoxdur.
İkinci şans beynəlxalq ictimaiyyətdir. Ermənistan uzun müddətdir ki, Qarabağa beynəlxalq müşahidə missiyası göndərmək üçün lobbiçilik edir.
Sual – Burada bir incəlik var: Qarabağ tanınmamış respublikadır. Beynəlxalq ictimaiyyət isə tanınmamış respublikalara çox şübhə ilə yanaşır. Ona görə də Qarabağı müdafiə etmirlər.
Cavab – Tanınmayıb, lakin beynəlxalq ictimaiyyət soyqırımın harada baş verməsindən asılı olmayaraq qarşısını almaq öhdəliyini üzərinə götürüb.
Sual – Siz də oradan, Martunidənsən. Qarabağın rusiyayönlü bölgə olması doğrudurmu?
Cavab – Son vaxtlara qədər belə idi. İndi vəziyyətin təsiri altında hisslər dəyişdi. Bu çox maraqlı mövzudur. Belə bir siyasi diskurs var. Rusiya Ermənistanla daha pis davranmağa başladı, çünki inqilabdan sonra hakimiyyətə Qərbyönlü komanda gəldi. İnsanlar buna ciddi şəkildə inanırlar.
Gəlin birlikdə düşünək. Rusiya kimi nəhəng dövlət Ermənistan rəhbərliyinin dəyişməsinə görə geosiyasi planlarını dəyişə, strategiyasını yenidən qura bilərmi?
Bir 5-10 nəfərin yerinə başqa 5-10 nəfər peyda oldu və Moskva qəzəbləndi? Məncə, bu cəfəngiyyatdır.
Sual – Ancaq Ukrayna ilə belə oldu. Ukraynalılar Putinin istədiyini seçməyəndə münaqişə baş verdi və nəticədə müharibə oldu.
Cavab – Bu o qədər də belə deyil. Orada NATO ilə yaxınlaşma, millətçilik və anti-Rusiya əhval-ruhiyyəsi ilə bağlı ittihamlar da var idi. Rusiya hesab edirdi ki, Ukrayna öz təsir dairəsini tərk edir. Amma Ermənistan heç yerə getməyib. Biz əvvəldən bəyan etmişik ki, inqilab xarici siyasətə təsir etməyəcək. Bununla belə, münasibət dəyişib.
Sual – İndi isə gəlin Qarabağ barədə danışaq.
Cavab – Buyurun. Dağlıq Qarabağda qərbyönlü əhval-ruhiyyə yoxdur. Soros yoxdur. NATO-nun əvəzinə Rusiya Silahlı qüvvələri, Rusiya sülhməramlı qüvvələridir. Bununla belə, orada anti-Rusiya əhval-ruhiyyəsi yaranıb. sizcə niyə? Qərbə görə yox, Rusiyaya görə. Rusiyanın özüdür özünə qarşı öz münasibətini formalaşdıran.
Sual – Sizcə, onlar Qarabağda hansı məqsədi güdürlər? Versiyalardan biri də odur ki, onlar Əliyevə Zəngəzur dəhlizinin Türkiyə tərəfinə açılmasında kömək etmək istəyirlər. Sanksiyalardan yan keçməklə Rusiya qazı həmin dəhlizdən Azərbaycanın adı altında axacaq.
Cavab – Amma bu, artıq baş verir, artıq mövcud infrastruktur çərçivəsində qaz çəkilir. Düşünürəm ki, məsələ bu deyil və ya heç olmasa təkcə bu deyil. İstənilən halda Ermənistan heç vaxt öz ərazisindən ekstraterritoriya dəhlizinə razı olmayacaq. Bu, bizim üçün qırmızı xəttdir.
Sual – Bəs əgər müharibə olsa?
Cavab – Belə olan halda müharibəmi: əgər müharibədirsə demək müharibə?.







