ArtsaxBaşlıcaSiyasət

Azərbaycan SQ Artsaxda atəşkəs rejimini qumbaraatanlardan istifadə etməklə pozub: MO

Artsax Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, mayın 18-də Azərbaycan silahlı qüvvələri təmas xəttinin şimal, şərq və mərkəzi istiqamətində atıcı silahlardan və АГС-17 qumbaraatanlarından istifadə etməklə atəşkəs rejimini pozub.

Azərbaycan tərəfi Berdaşen kəndi ərazisində bağda işləyən mülki şəxsləri atəşə tutub. Kaşendə isə АГС-17 qumbaraatanlarından mədən istiqamətində atəş açılıb.

Ermənistan tərəfində itki yoxdur.

Atəşkəsin pozulması barədə Rusiya sülhməramlı qoşunlarının komandanlığına məlumat verilib.

Mayın 19-u saat 10:00-a olan məlumata görə, təmas xəttində vəziyyət nisbətən sabitdir.

Daha çox göstər
Back to top button