
Baş nazir Nikol Paşinyan KTMT-dən çıxmaq məsələsinin Ermənistanın gündəmindən çıxmadığını açıqlayıb. “Armenpress” xəbər verir ki, bu barədə baş nazir mayın 22-də keçirdiyi mətbuat konfransında KTMT-dən çıxmaq məsələsinə toxunaraq danışıb.
“Bu məsələ niyə qaldırıldı, çünki bizim təsəvvürümüz belədir ki, KTMT Ermənistan Respublikasını tərk edib və ya tərk edir. Başqa sözlə, Ermənistan Respublikası KTMT-dən çıxmaqla bağlı de-yure qərar qəbul edərsə, bu, Ermənistan Respublikasının KTMT-nin Ermənistan Respublikasını tərk etdiyini qeyd etməsi nəticəsində baş verəcək.
KTMT-dən çıxmaq dedikdə, ilk növbədə, təşkilatın öhdəliklərini nəzərdə tuturam. Deməzdim ki, bu məsələ gündəmdən çıxıb, çünki nə qədər ki, müzakirə olunacaq məsələ var, o məsələ müzakirə olunur.
Baxın, daimi söhbət gedir ki, monitorinq qrupu Ermənistana gələcək, ya gəlməyəcək, niyə gəlmir, səbəb nədir? İstisna etmirəm ki, Ermənistan Respublikası KTMT üzvlüyünü dayandırmaq və ya dondurmaq barədə de-yure qərar qəbul edə bilər, lakin bu, yalnız biz KTMT-nin Ermənistanı tərk etməsini qeyd etdikdə baş verəcək. Yaxşı, çıxıbsa, daha nə edək? Başqa sözlə, KTMT-nin Ermənistan Respublikasını tərk etdiyini qeyd etsək, de-yure KTMT üzvü statusu və heç nə verməməsi bizə yalnız təhlükəsizlik gündəmini başqa ölkələrlə müzakirə etməyə mane olacaq”, – baş nazir bildirib.
Paşinyan qeyd edib ki, Ermənistanın başqa ölkələrdən hərbi texnika almaq imkanı var, lakin KTMT üzvü olması bu imkanları bağlayıb.







