BaşlıcaSiyasət

Yerevana gələn ABŞ Müdafiə nazirliyinin nümayəndələri Ermənistan Silahlı Qüvvələrinin nümayəndələri ilə görüşəcəklər

ABŞ Müdafiə nazirliyinin nümayəndələri Ermənistana gəliblər. Bu barədə  ABŞ-ın Ermənistandakı səfirliyi məlumatlanırıb.

“ABŞ-ın Ermənistandakı səfirliyi ABŞ Müdafiə nazirliyinin nümayəndələrini general-mayor Keyt Fillips və cənab Patrik Prayoru Yerevanda salamlayır” – deyərək mesajda qeyd olunur.

Bildirilib ki, onlar Ermənistanın dövlət rəsmiləri və Silahlı qüvvələrin nümayəndələri ilə görüşərək Ermənistan-Amerika müdafiə və təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi perspektivlərini müzakirə edəcəklər.

Daha çox göstər
Back to top button