BaşlıcaSiyasət

Macarıstanın Xİ naziri yaxın vaxtlarda Ermənistana səfər edəcək

Macarıstanın Xarici işlər naziri Peter Siyartanın yaxın vaxtlarda Ermənistana səfəri gözlənilir. Verilən məlumata görə, bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 31-də Ermənistanda səfərdə olan Macarıstanın Baş nazirinin müavini ilə görüşündə bildirib.

Nikol Paşinyan onu da əlavə edib ki, bu, ikitərəfli əməkdaşlığı yeni səviyyəyə çıxarmaq üçün qarşılıqlı istəkdən xəbər verir.

Baş nazir Ermənistan-Macarıstan əlaqələrinin ER-AB əməkdaşlığı kontekstində möhkəmləndiyini vurğulayıb.

Daha öncə xəbər vermişdik ki, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Macarıstanın Baş nazirinin müavini Jolt Şeymeni qəbul edib.

Daha çox göstər
Back to top button