
İcra hakimiyyəti ER Müdafiə nazirliyinin Vazgen Sarkisyan adına Hərbi və Marşal Armenak Xanperyants adına Hərbi Aviasiya universitetlərini birləşdirərək “Vazgen Sarkisyan Hərbi Akademiyası” dövlət müəssisəsini yaratmaq qərarına gəlib.
Qərarın qəbul edilməsi ER Müdafiə nazirliyinin hərbi təhsil müəssisələrinin idarə edilməsi və təlim prosesinin səmərəliliyinin artırılması, kadrların optimallaşdırılması və təhsil proqramlarının proqram və institusional akkreditasiyası prosesinin asanlaşdırılması zərurəti ilə əlaqədardır.
Əsaslandırmaya görə, hərbi təhsil müəssisələrinin birləşdirilməsi təkcə idarəetmə orqanlarının və eyni funksiyanı yerinə yetirən hissələrin ümumiləşdirilməsinə deyil, həm də hərbi təhsil müəssisəsinin beynəlxalq standartlara uyğun yeni idarəetmə mədəniyyətinin tətbiqinə imkan yaradacaq.
Təhsilin keyfiyyətini təmin etməklə yanaşı həm də, vahid müasir tədris-material bazası (hərbi hazırlıq sahələri, bazalar, komplekslər, zəruri vasitələrlə təchiz olunmuş laboratoriyalar) yaratmaq, pedaqoji və elmi-pedaqoji kadrların sistemli hazırlanması prosesini təmin etmək, peşəkar şura, maliyyə resurslarını vahid idarəetmə sistemi fonunda mərkəzləşdirir.







