BaşlıcaSiyasət

Belə addımlar sülh prosesinə töhfə vermir: Xandanyan Ərdoğanın Bakıdakı bəyanatına toxunub

Erməni tərəfi Türkiyə prezidentinin Şuşidə konsulluğun açılması ilə bağlı bəyanatlarından narahatlığını bildirir və bunu xüsusilə Ermənistana ünvanlanmış mesaj kimi qiymətləndirir, belə bəyanatlar regionda sülh və sabitliyin əldə olunması prosesinə töhfə vermir.

“Armenpress”in məlumatına görə, bunu jurnalistlərlə keçirdiyi brifinqdə ER Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sarqis Xandanyan deyib.

Xandanyanın sözlərinə görə, bir tərəfdən regionda sabitliyin və sülhün bərqərar olmasının zəruri olduğunu bəyan edilır, digər tərəfdən isə həmin prosesə töhfə verməyən bəyanatlar verilir. “Ona görə də həmin bəyanat narahatlıq doğurur, biz hansı inkişafın baş verəcəyini izləməliyik”, – deyə o bildirib.

Xandanyan qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətlərinin ritorikası keçmişdə olduğu kimi olub, indi də heç bir dəyişiklik olmadan davam edir.

Daha çox göstər
Back to top button