BaşlıcaSiyasət

Kolona: “Fransa ədalətli sülhə nail olmaq üçün Ermənistanın yanındadır”

Heç bir ölkə Ermənistanla qonşusu (Azərbaycan) arasında ədalətli sülh əldə etmək üçün Fransa qədər səy göstərmir.

Bu haqda,  Fransanın Xarici işlər naziri Ketrin Kolonna respublika parlamentində fransalı Avropa Parlamentinin deputatının ölkənin Ermənistana hansı yardımı göstərməsi ilə bağlı sualını cavablandırarkən deyib.

Nazir Fransa Prezidentinin fəal vasitəçiliyi ilə təşkil olunan Ermənistanın Baş naziri, Fransa Prezidenti, Almaniya Kansleri, Avropa Birliyi Şurasının sədri və Azərbaycan  prezidenti arasında beştərəfli görüşü xatırladıb.

 Kolona iyulun 21-də Brüsseldə baş tutmalı olan yüksək səviyyəli görüş barədə də məlumat verib, Fransanın sıx koordinasiyada olduğu ABŞ tərəfdaşlarının fəal iştirakını qeyd edib.

 O, Fransanın gərginliyin azaldılması məsələsində Ermənistanı dəstəklədiyini vurğulayaraq, Ermənistan və Azərbaycan liderlərinə sülh razılaşmasına nail olmaq üçün apreldə regiona səfər etdiyini xatırladıb.

 Kolona AB-nin Ermənistandakı missiyasını gərginliyin azaldılması vasitəsi kimi qeyd edib, onun sözlərinə görə, bu, əsasən Fransanın səyləri ilə yaradılıb və gərginliyin azaldılmasına töhfə verir.

Nazir onu da vurğulayıb ki, iyunun 1-də Kişinyovda müzakirə edilən humanitar yardım məsələlərində, eləcə də Laçın dəhlizinin açılması məsələsində Fransa Ermənistanın yanındadır.

“Bu, qeyri-qanunidir, çünki bu ilin fevralın 22-də Beynəlxalq Məhkəmə belə qərar qəbul edib. Gördüyünüz kimi, xanım deputat, biz Ermənistanın və ermənilərin tərəfindəyik” –  deyə Kolona çıxışına yekun vuraraq vurğulayıb.

Daha çox göstər
Back to top button