
Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası işə başlayıb. Sessiyanın əvvəlində Assambleya AŞPA Bürosunun “Laçin dəhlizi ilə azad və təhlükəsiz hərəkətin təmin edilməsi” məsələsi üzrə müzakirənin təşkili məsələsi ilə bağlı təklifini müzakirə edib.
Ermənsitanın nümayəndə heyətinin üzvü Hripsime Qrigoryan qeyd edib ki, bir neçə saat əvvəl Azərbaycan Ermənistanda tikilən metallurgiya zavodu istiqamətində yenidən atəş açıb.
”Diqqət yetirin ki, Dağlıq Qarabağda deyil, Ermənistanda. Cəmi bir həftə əvvəl, iyunun 13-də Azərbaycan tərəfi Ermənistanda xarici investisiyalarla tikilən zavodu atəşə tutub. Bundan əvvəl zavodun tikintisi ilə bağlı Azərbaycanın erməni tərəfinə qarşı saxta ittihamlar irəli sürülüb.
Ermənistan bundan əvvəl bəyan edib ki, zavodun tikintisi beynəlxalq öhdəliklərinə tam uyğundur və Azərbaycanın yanlış narahatlığının sadəcə olaraq Ermənistanın iqtisadi inkişafına və xarici investisiyalara mane olmaq məqsədi daşıyır. Atışma nəticəsində tikintidə işləyən iki Hindistan vətəndaşı yaralanıb”,- o qeyd edib.
Qrigoryan qeyd edib ki, Azərbaycan açıq şəkildə Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə, insan haqlarına və beynəlxalq hüquqa məhəl qoymur.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Strasburqda başlayan AŞPA sessiyasında Laçın məsələsinin müzakirəsi ilə bağlı qərara mənfi reaksiya verib.
“Bu mövzu ilə təşkil olunan müzakirə daha çox başağrısı yarada bilər. Ermənistan-Azərbaycan münasibətlərinin tarixində ilk dəfədir ki, biz o qədər sülhə yaxınlaşmışıq və bu müdaxilənin mənfi təsiri ola bilər. Düşünürük ki, bu məsələnin müzakirəsi üçün doğru zamanı deyil”,-deyə o qeyd etdi.
ER parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan Azərbaycan nümayəndə heyətinin rəhbərinin narahatlığına cavab verib:
“Ermənistan və Azərbaycanın sülh məsələsi ilə bağlı danışıqlar aparmasından asılı olmayaraq, humanitar məsələlər və Dağlıq Qarabağ böhranı ilə bağlı istənilən müzakirə vacibdir və danışıqlara xələl gətirə bilməz”.







