BaşlıcaSiyasət

Ermənistan 2018-2020-ci illərdə 608 milyard dramlıq silah və texnika alıb

“44 günlük müharibəyə qədər ordunun modernləşdirilməsi mövzusu diqqət mərkəzində idi”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclasında deyib.

Baş nazir 2018-2020-ci illərdə Ermənistan hökumətinin silah və hərbi texnika əldə etmək üçün təxminən 608 milyard dram xərclədiyini açıqlayıb:

“44 günlük müharibə başlayana qədər, yəni 2 il 4 ayda Ermənistan hökuməti silah və hərbi texnika əldə etmək üçün təxminən 608 milyard dram ( 1 dram = 0.0026 dollar ) xərcləyib.

Müqayisə üçün qeyd edək ki, 2008-ci il yanvarın 1-dən 2018-ci ilin mayına qədər, yəni 10 il 4 ay ərzində Ermənistanın əvvəlki hökumətləri bu məqsədlə 354 milyard dram xərcləyib. Başqa sözlə, 2 ildə biz 10 ildə əldə etdiyimiz nailiyyətlərdən, demək olar ki, iki dəfə çox nail olmuşuq”.

Daha çox göstər
Back to top button