
Baş nazir Nikol Paşinyan xarici siyasi vektorun dəyişdirilməsi məsələsinin müzakirə olunmadığını açıqlayıb.
Verilən məlumata görə, bu haqda Paşinyan ER parlamentinin 2020-ci il sentyabrın 27-də başlanmış hərbi əməliyyatların şəraitinin öyrənilməsi üzrə İstintaq Komitəsinin iclasında 44 günlük müharibədən əvvəl xarici siyasi vektorun dəyişdirilməsi məsələsinin müzakirə olunub-olunmaması ilə bağlı sualı cavablandırarkən deyib.
“Xarici siyasi vektorun dəyişməsi müzakirə olunmadı. Əksinə, bizim təsəvvürümüz belə idi ki, xarici siyasi vektorun dəyişməsi, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsi kontekstində çox ciddi nəticələr verə bilər” – deyərək Paşinyan bildirib.







