BaşlıcaSiyasət

ER parlamentinin sədri  Artsax parlamentinin deputatına cavab verdi:  “Blokadadan sonra DQ parlamentinin sədri ilə mən dəfələrlə danışmışıq”

ER parlamentinin sədri Alen Simonyan Artsax parlamentinin deputatı Metakse Hakopyanın Alen Simonyanın guya blokadadan sonra Artsax parlamentinin sədri  Artur Tovmasyanla heç vaxt əlaqə saxlamaması barədə bəyanatına cavab verib və qeyd edib ki, blokadadan sonra özü  və Tovmasyan bir neçə dəfələrlə əlaqə saxlayıblar.

Verilən məlumata görə, bu barədə ER parlamentinin sədri özünün “Facebook” səhifəsində yazıb. “DQ-nin deputatı Metakse Hakopyan bəyan edib ki,güya  mən mühasirədən sonra belə Dağlıq Qarabağın Mparlamentinin sədriylə əlaqə saxlamamışam.

Nəzərinizə çatdırım ki, bu məlumat tamamilə yalandır. Blokadadan sonra Dağlıq Qarabağ parlamentinin sədri ilə mən dəfələrlə əlaqə saxlamışıq, dəfələrlə danışmışıq.

Blokadadan sonra Dağlıq Qarabağın Prezidenti Arayik Harutyunyanla da çoxlu təmaslar olub. Onu da qeyd edim ki, hələ fevral ayında biz parlamentin sədri Artur Tovmasyana parlamentlərarası komissiyanın telekonfrans iclasını keçirməyi təklif etmişdik.

Artsax parlamentinin sədri səhhətindəki problemi əsas gətirərək möhlət istəyib və sessiyanın keçirilməsi və vaxt təyin etmək üçün zəng edəcəklərini vəd ediblər.

Eləcə də etmədilər.

Adıçəkilən deputata təklif edirəm ki, mətbəx səviyyəli söhbətləri gündəmə gətirməkdən çəkinsin, onun yaydığı yalanlarla qoy münasibətlərimizəmismar vurmasın”.

Daha çox göstər
Back to top button