BaşlıcaBeynəlxalq

Amerika erməniləri Disney-i Mustafa Kamal Atatürkün həyatından bəhs edən növbəti serialı ləğv etməyə çağırır

Amerika Hay Dat Komitəsi (ANCA) Disney-i müasir Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün həyatından bəhs edən serialı ləğv etməyə çağırıb. ANCA Disney-i “diktatoru və qatili” tərifləməkdə ittiham edib.

Serialın premyerası Türkiyə Cümhuriyyətinin 100 illiyinə təsadüf edən bu il oktyabrın 29-na planlaşdırılıb. Disney serialı ləğv etməyi nəzərdən keçirəcəyinə dair heç bir açıqlama verməyib.

“Biz @DisneyPlus-u əllərində milyonlarla yunan, erməni, asur, xaldey, suriyalı, arami, maronit və digər xristian şəhidlərinin qanı olan türk diktatoru və qatili Mustafa Kamal Atatürkü vəsf edən serialı ləğv etməyə çağırırıq”- deyərək ANCA tweet-də  yazıb.

Daha çox göstər
Back to top button