BaşlıcaSiyasət

Brüsseldə Paşinyanla Əliyev arasında görüş baş tutacaq

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin bu gün keçirilən iclasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə tezliklə Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyini bildirib.

“Ermənistan və Azərbaycanın (xarici işlər nazirlərinin) Vaşinqtonda keçirilən sonuncu görüşündə nəzərəçarpacaq irəliləyiş qeydə alınmayıb, lakin müəyyən irəliləyiş var. Yaxın vaxtlarda Avropa Şurası prezidentinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan prezidenti ilə görüşüm planlaşdırılır.

Təəssüf ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni hələ imzalanmağa hazır deyil. Qarşıdakı görüş zamanı mən ümid edirəm ki, Vaşinqtonda qeydə alınan müsbət şeylər müəyyən olunacaq”, – deyə Paşinyan bildirib.

Daha çox göstər
Back to top button